Volqoqradda bir neçə avtomobilin toqquşması nəticəsində 2 nəfər dünyasını dəyişdi, 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildi.
Bu barədə Daxili İşlər Nazirliyinin Moskva üzrə baş idarəsinin nümayəndəsi məlumat verdi.
“Hadisə yerinə tibb işçiləri baxış keçirtdi.
Qəza nəticəsində yaralanan bir uşağın qolu amputasiya edildi, digər yaralılar xəstəxanaya yerləşdirildi” – Daxili İşlər Nazirliyinin Moskva üzrə baş idarəsinin nümayəndəsi bildirdi.
Hazırda hüquq-mühafizə orqanları qəzanın baş vermə səbəblərini araşdırır