Volqoqradda yerləşən ticarət və biznes mərkəzlərində partlayıcı qurğu barədə məlumatlar öz təsdiqini tapmadı.
Bu barədə Daxili İşlər Nazirliyinin Volqoqrad bölgəsinin Baş İdarəsi jurnalistlərə məlumat verdi.
“Həm ticarət mərkəzlərində, həm biznes mərkəzlərində hərtərəfli yoxlama aparıldı. Yoxlanışa xidməti itlər də cəlb olundu.
Partlayıcı qurğu barədə heç bir məlumat öz təsdiqini tapmadı” – məlumatda deyilir.
Qeyd edək ki, Dörd ticarət mərkəzi, iki biznes mərkəzində partlayıcı qurğunun olduğu barədə obyektlərin əməkdaşlarına elektron poçt vasitəsilə məlumat göndərilib.