Rusiyanın Volqoqrad şəhərində yerləşən “Volqa Mall” “Planeta” və “Stolplit” ticarət mərkəzində insanlar təcili evakuasiya olundu.
Buna səbəb ticarət mərkəzlərində partlayıcı qurğunun olması barədə daxil olan anonim məlumatdır.
Bu barədə hüquq-mühafizə orqanları məlumat verdi.
“Volqoqradın 3 ticarət mərkəzinin ərazisində partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Anonim məlumat elektron poçt vasitəsi ilə verilib” – mətbuat xidmətindən verilən məlumatda deyilir.
Qeyd edək ki, hüquq-mühafizə və fövqaladə hallar orqanları hadisə yerində yoxlanış aparır.