Vyetnamda rusiyalı turist boğuldu

0
2345

Rusiyalı turist Vyetnamın cənubunda yerləşən MuyNe istirahət bölgəsində dənizin qadağan olunmuş hissəsində üzərkən boğulub.
Bu barədə VNExpress xəbər portalı məlumat verib.
Portalın verdiyi məlumata əsasən üzmək üçün qadağan olunmuş ərazidə boğulan şəx 46 yaşlı Aleksandr Koloskov adlı Rusiya vətəndaşıdır.
Mərhum, istirahətə gələn və hadisə yerindən 400 metr məsafədə yerləşən sahil otelində olan həyat yoldaşı Elena Koloskova tərəfindən tanınıb.
Onun sözlərinə görə, səhər yeməyindən sonra həyat yoldaşı dəniz sahilinə getdiyini söyləyib.