Xəzər dənizində qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin “Qara qutusu” tapıldı.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verildi.
“Qəzaya uğrayan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 təyyarəsinin qara qutu aşkarlandı” – Müdafiə Nazirliyinin mətbuat xidməti bildirdi.
Qeyd edək ki, hazırda mütəxəssislər “qara qutu”-nun texniki vəziyyətini nəzərdən keçirir.