Xabarovskda sərnişin təyyarəsi texniki səbəbdən hava limanına geri qayıdıb

0
843

Xabarovsk Hava Yollarına məxsus 13 sərnişini ilə Xabarovsk-dan Nikolaevska uçan L-410 təyyarəsi texniki səbəblərdən havaya qalxdıqdan bir saat sonra hava limanına geri qayıdıb.
Bu barədə Uzaq Şərq Nəqliyyat Prokurorluğunun nümayəndəsi məlumat verdi.
Onun sözlərinə görə, təyyarə “Xabarovsk – Nikolaevsk – Ayan” reysini həyata keçirmək istəyib. Sərnişinlər hələ təyinat yerlərinə göndərilməyib.
Prokurorluq nümayəndəsi bildirdi ki, Xabarovsk Nəqliyyat Prokurorluğu təhlükəsizlik qanunvericiliyinin tələblərinə riayət olunmasına dair audit təşkil edib.
Qeyd edək ki, təyyarənin göyərtəsində 2 nəfər heyyət üzvü olmaqla, 15 nəfər olub