Xabarovskda uşaq düşərgəsində yanğın baş verdi: 4 uşaq öldü

0
666

Günəşli bələdiyyə bölgəsindəki yerləşən Holdomi dağ-xizək kompleksinin ərazisindəki çadır düşərgəsində yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, ərazidə olan 26 çadırdan 20-si yanıb. Düşərgədə 189 uşaq olduğu bildirilir.Hadisə nəticəsində 4 uşaq dünyasını dəyişib.
Yanğının ümumi sahəsi 2,4 min kvadrat/metr təşkil edib. Alovun ram edilməsi üçün hadisə yerinə 28 canlı qüvvə və doqquz yanğınsöndürən texnik texnika cəlb edilib.
Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, sənədlər toplanır.
Uşaqlardan və düşərgə işçilərindən izahat alınır. İlkin məlumatlara görə, faciəyə səbəb qızdırıcının alışması olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır