ABŞ-n yeni anksiyalarından heç bir təhlükə gözlənilmir. Moskva ilə Tehran arasında nüvə sahəsində heçkim qarşılıqlı faydalı əməkdaşlığı dayandıra bilməz.
Bu barədə Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verdi.
“Yeni sanksiyalar İranla qanuni və qarşılıqlı əməkdaşlığımızı dayandıra bilməz. Biz illərdir ABŞ-ın Rusiyaya qarşı sanksiyalar tətbiq etməklə yaşayırıq. Xatırlatıram ki, bu 2012-ci ildən bəri baş verir.”- Ryabkov qeyd etdi.
Onun sözlərinə görə, “İran tərəfdaşları bu sahədə daha böyük təcrübəyə malikdirlər”.
“Buna görə də biz bu cür təhdidləri sakit şəkildə qarşılayırıq. Biz İran İslam Respublikası ilə əməkdaşlığımızı sistematik genişləndirəcəyik və inkişaf etdirəcəyik.” – nazir müavini qeyd etdi.