Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın Bəhreyndə “Sülh Naminə Tərəqqi” seminarını Fələstin-İsrail mövzusunda alternativ yol tətbiq etmənin cəhdi adlanırıb.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumat və mətbuat şöbəsinin şərhlərində deyilir.
İyunun 25-26-da Vaşinqton Bəhreyn paytaxtı Manama-da “Sülh naminə tərəqqi” adlı seminar təşkil etmək niyyətindədir. Göründüyü kimi ABŞ, Fələstin, İordaniya, Misir, Livan və Suriyada yaşayan Fələstinlilərin həyatlarını yaxşılaşdırmağı hədəfləyən böyük miqyaslı investisiya layihələrinin həyata keçirilməsi üçün donor bağışları da daxil olmaqla böyük maliyyə qaynaqlarını səfərbər etməyi planlaşdırır” – şərhdə deyilir.