Arktik Şurasında Moskva və Vaşinqtonun qarşılıqlı əlaqələri konstruktiv şəkildə qurulub. Bu fikirləri öz açıqlamasında Rusiya Federasiyasının Arktik Şurasının yüksək vəzifəli nümayəndəsi Nikolay Korçunov dilə gətirdi.
“Qeyd etmək istərdim ki, Arktik Şurasında ümumilikdə Birləşmiş Ştatlarla konstruktiv qarşılıqlı əlaqələr qurulur. Biz ümid edirik ki, gələcəkdə də əlaqələr bu istiqamətdə davam edəcək” – Korçunov, “Arktikada beynəlxalq əməkdaşlıq: Rusiyanın mövqeyi” mövzusunda təşkil olunmuş mətbuat konfransında qeyd etdi.