Yakutiyada helikopter qəza enişi etdi

0
631

“Utair” şirkətinin  Mi-8 vertolyotu Yakutiyanın Lensk rayonunda havaya qalxan zaman quyruq hissəsini zədələdi və Yakutiyanın Lena bölgəsindəki Çayandinskoye yatağına sərt eniş etdi. Hadisə nəticəsində ölən və yaralanan olmadığı bildirilir.
Bu barədə bölgənin fövqəladə hallar xidmətinin nümayəndəsi məlumat verdi.
Onun sözlərinə görə, qəza nəticəsində helikopterin quyruq hissəsnə ciddi ziyan dəyib. Ölən və yaralananlar yoxdur. Hazırda hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.