Yaponiya Xarici İşlər Nazirliyi Medvedevin İturupa səfərini şərh etdi

0
572

Baş nazir Dmitri Medvedevin İturup adasına səfəri Kuril adalarında “Yaponiyanın mövqeyi ilə uyğun deyil”. Bu barədə Yaponiya Xarici İşlər Nazirliyində bildirildi.
“Belə bir səfər Yaponiya vətəndaşlarının hisslərinə təsir edir və çox təəssüf hissi doğurur”- Yaponiya XİN-dən verilən məlumatda deyilir.
Onlar həmçinin Moskvanı “Yaponiya-Rusiya münasibətlərinin genişləndirilməsi, o cümlədən sülh müqaviləsinin bağlanması üçün konstruktiv tədbirlər görməyə” çağırdılar.
Kyodo Agentliyi, öz növbəsində, Tokyonun Medvedevin İturupa səfəri ilə əlaqədar diplomatik kanallar vasitəsilə etiraz göndərdiyi barədə məlumat verib.
Rusiya baş naziri mütəmadi olaraq Kuril adalarında səfər edir. Moskva dəfələrlə vurğulayıb ki, hökumət başçısı istənilən vaxt Rusiya bölgəsini, o cümlədən Kuril adalarını ziyarət edə bilər.