Rusiyaya qarşı sanksiyalar və cavab addımları, Yunanıstan iqtisadiyyatına ciddi ziyan vurur və inkişafına mane olur.
Bu barədə Yunanıstan Baş nazirinin Rusiya və Şərqi Avropa ilə əməkdaşlıq üzrə müşaviri Dimitris Velanis məlumat verdi.
“bu qarşıdurmanın bazarda nəyə gətirdiyini anlayırıq, siyasətin iqtisadiyyata müdaxilə etməsi və iqtisadi inkişafa maneə törətməsini, əlverişsiz hesab edirəm. Əminəm ki, bu məsələ həll ediləcək” – Velanis qeyd etdi.
Dimitris Velanis Afinanın sanksiyalara qarşı çıxdığını vurğuladı.
Biz sanksiyalara qarşı olmağa davam edirik. Hökumətlər bu sanksiyaların faydalarını anlamağa çalışır. Hazırda sanksiyaların qüvvədədir. Biz, Baş nazir və Hökumət, həmişə bu sanksiyalara qarşı olduğumuzu bildirmişik” – Dimitris Velanis sözlərinə əlavə etdi.