Zərif: Bu günahsız insanları təhdid etməklə qanunsuz siyasi məqsədlərə nail olmaq cəhdidir

0
605

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ABŞ-ın Kuba, Rusiya, Suriya və İrana qarşı sanksiyalarını, günahsız insanları qorxutmaqla qanunsuz siyasi məqsədlərə çatmaq cəhdi adlandırdı.
Bu barədə Zərif öz Twitter hesabında yazıb.
“ABŞ-ın Kuba, Çin, Rusiya, Suriya və İrana qarşı iqtisadi terrorizmi qəsdən mülki şəxslərə qarşı yönəldilib. Bu, günahsız insanları təhdid etməklə qanunsuz siyasi məqsədlərə çatmaq cəhdidir” – İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif qeyd etdi. Onun sözlərinə görə, Vaşinqtonun metodlarına indi quldurluq, rüşvət və şantaj da daxildir.
Qeyd edək ki, ABŞ hakimiyyəti sentyabrın 4-ü İrana tətbiq olunan sanksiyaların siyahısını genişləndirərək, siyahıya 20-dən çox fiziki və hüquqi şəxs, habelə bir neçə tanker əlavə edib.