Zaxarova Fransa Xarici İşlər Nazirliyinin Moskvadakı mitinqi ilə bağlı açıqlamalarına münasibət bildirib

0
666

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Fransa Xarici İşlər Nazirinin ötən həftə Moskvadakı mitinqə reaksiyasını şərh edib.
“Fransa Moskvada keçirilən mitinqdən narahat olub. O Fransaki, ərazisində güc strukturları və manifestçilər arasında bir ilə yaxın qarşıdurma baş verirdi. Məs belə onlar özləri bu qarşıdurmanı biruzə verirdilər.” – Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova öz Facebook hesabında yazıb.
“Fransa hakimiyyəti əhaliyə qarşı hər cür repressiv üsullara əl atdı: gözyaşardıcı qazdan, su toplarından tutmuş, kütləvi həbslərə qədər. Mitinq razılaşdırılmamışdı, polis sanki öz əhalisi ilə deyil, xarici işğalçılarla mübarizə aparırdı” – Zaxarova əlavə edib.
Zaxarova hesab edir ki, “bu cür hallardan sonra, hər hansı məsələyə reaksiya nisbətini öyrətmək Parisin işi deyil.”