Qırğızıstanən xüsusi təyinatlı qüvvələrin korrupsiyada şübhəli bilinən keçmiş prezident Almazbek Atambayevi saxlamağa çalışdığı və nəticədə 50-dən çox insanın xəsarət aldığı hadisələr ölkənin daxili işidir.
Bir müddət sonra Moskva tərəfindən daha dərin qiymətləndirmə veriləcək
Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Maria Zxarova bildirib.
“Qırğızıstandakı səfirliyimiz artıq məsələyə şərh verib, səhər bu şərhləri gördüm. Bu hadisəni, əlbəttə ki, ölkənin daxili işi hesab edirik. Bundan əlavə, Rusiya səfirliyi ölkə vətəndaşlarına xüsusi əməliyyatın keçirildiyi ərazidən yayınmağa tövsiyə etdi” – Zaxarova “Exo Moskvı” radiosunun efirində vurğuladı.
Qeyd edək ki, xüsusi xidmət orqanları, Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin tutulması məqsədilə, paytaxtdan 20 kilometr məsafədəki Koy-Taş kəndindəki iqamətgahda , əməliyyat başladıb. Atambayevin tərəfdarları cavab atəşi açıb. Nəticədə yerli jurnalist də daxil olmaqla 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı öldürülüb. Keçmiş prezidentin tutulması mümkün olmayıb.