Prezident Vladimir Zelenskinin dəvətindən sonra rus jurnalistlərin Ukraynaya buraxılmaması getdikcə daha çox “Xoş gəldiniz, və ya kənar şəxslərə giriş qadağandır” Sovet filminin süjetini xatırladır. Belə bir bəyanatla Rusiya xarici işlər nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova çıxış edib.
“Zelenskinin dəvətindən sonra NTV-nin üçüncü jurnalistinin Ukraynaya girişi qadağan edildi. ” Xoş gəldiniz, və ya kənar şəxslərə giriş qadağandır ” filmindəki kimi. Yəqinki İkrayna tərəfi Rusiyalı jurnalistlərin burada verəcəyləri suallardan qorxdular.
Qeyd edək ki, NTV kanalının müxbiri Aleksey Çebotaryov səfərin məqsədini təsdiqləyə bilmədi Ukraynaya buraxılmayıb. Ukrayna Prezidenti Vladimir Zelenskinin Rusiya mediasını Parisdəki Normand sammitində ölkəyə dəvət etməsindən sonra, bu jurnalistləri ilə baş verən üçüncü haldır. Bundan əlavə Ukrayna ərazisisnə Zvezda televiziya kanalının heyətinin girişinə icazə verilmədiyi də məlum olub.