Ukraynanın prezidentliyə namizədi Vladimir Zelensky, hazırki prezident Petro Poroşenko ilə debat zamanı, Rusiya prezidenti Vladimir Putin ilə heç vaxt danışmadığını bildirdi.
“Həyatımda heç vaxt Putinlə danışmamışam. Lakin sizin telefonla Putinlə neçə dəfə söhbət etdiyiniz mənə məlumdur” – Zelenski seçkilərin 2-ci turu öncəsi Petro Poroşenko ilə təşkil olunmuş debatda qeyd etdi.
O, 2014-cü ildən sonra Rusiyaya getmədiyini vurğuladı.
“Rusiyaya müharibənin başlanğıcından bu yana getməmişəm” – Zelenski sözlərinə əlavə etdi.