Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə danışıqlar prosesinin formatı ilə əlaqədar referendum keçirmək niyyətindədir.
Bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Boqdan məlumat verdi.
” Biz referendumu o məqsədlə keçirmək istəyirik ki, bu məsələyə təkcə prezident, təkcə millət vəkilləri deyil, bütün Ukrayna xalqı qərar versin” – Boqdan “112 Ukrayna” telekanalında çıxışı zamanı bildirdi.
Onun sözlərinə görə , referendumda Rusiya ilə sülh müqaviləsi və Donbasdakı münaqişənin həlli məsələsi qaldırılacaq.
Bununla bağlı, Zelenskinin komandası referendumla əlaqədar qanun layihəsi qəbul etmək niyyətindədir.